MƏN və BLOQ

Hi ! :)
I’m Azer Aydın !

___________________________________________________________

Bu mənim şəxsi bloqumdur.
Yazılar mənim öz təxəyyül və fikirlərimin məhsuludur.

Bloqda gündəlik mövzülara münasibətim, gənclik və liberal-demokratik yönümlü düşüncə tərzinin formalaşmasına yönəlik yazılar qeyd olunmuşdur.

Eyni zamanda bloq şəxsi xarakret olduğundan , bloqdan gündəlik kimi də istifadə edirəm.

Yazmaq gözəl bir duyğudur.
Daxilindəki olan istəklərini, düşüncəni, kədərini, sevincini çölə tökmək və ya onu kimlərləsə də bölüşmək hissi insana çox rahatlıq verir.

Bütün dostlara, xüsusilə də gənc, yeniyetmə dostlara məsləhət görərdim ki, yazsınlar, ən azından adi bir bloq açıb yazmaqla məşğul olunlar.

Yazılarını digər insanlarla paylaşsınlar, lap paylaşmasalar belə , yenə də özləri üçündə olsa yazsınlar.

Yazı insana yeni ruh bəxş edir, zehnini açır, insanın düşünəsini təzələyir, insan çıxılmaz durumlarda yazarkən, yazı ona güc verir, dəstək olur.

Hətta psixoloqlar bəzən deyirlər ki, yazı xəstəlikləri sağaldır, stresi daxildən çıxardıb , atır bayıra.

Bloqda olan yazılardan hər kəs istifadə edə bilər.
Mümkündürsə, sadəcə adımı qeyd etmək kifayət edər.
Əgər mümkündür deyilsə belə, heç bir problemi yoxdur.

_______________________________________________________

Hal-hazırda Bakı şəhərində yaşayıram.

e-mail : azikaydın@gmail.com

_________________________________________________________